"Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir"
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasınını (MSK) sədri Məzahir Pənəhov deyib.
Onun sözlərinə görə, siyasi partiyalar ilə aparılan sıx əməkdaşlıq, qurulan əlaqələr 2020-ci ildəki qələbədən sonra müxtəlif partiyalar ilə hakimiyyət dairəsi arasında olan münasibətlərdə özünü göstərdi.
“Ötən bələdiyyə seçkilərinə siyasi partiyalar oqədər də ciddi yanaşmırdılar. Amma bu seçkilərdə 23 siyasi partiya iştirak edir”.
MSK sədri nəzərə çatdırıb ki, 70 mindən artıq müşahidəçi qeydə alınıb və 1000 məntəqədə veb-kameralar fəaliyyət göstərəcək.
Mina Mikayılova