• Bakı 12° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Azyaşlı ən gənc reytinqli şahmatçı seçildi - FOTO

DÜNYA

05 Dekabr 2025 | 08:13

Azyaşlı ən gənc reytinqli şahmatçı seçildi - FOTO

Üç yaş, yeddi ay və 20 günlük hindistanlı oğlan Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən indiyə qədər reytinqə malik ən gənc şahmatçı olub.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, gənc vunderkind ötən ilin noyabrında FİDE reytinq sisteminə daxil olanda üç yaş, səkkiz ay və 19 günlük olan həmyerlisi Aniş Sərkarın əvvəlki rekordunu üstələyib.

Federasiyanın saytında qeyd olunur:

“Hindistanın Madhya Pradeş əyalətində (Mərkəzi Hindistan) uşaq bağçasına gedən Kuşvahanın sürətli oyun reytinqi 1,572 olub».

Gənc hindistanlı oyunçunun atası qeyd edib: “Oğlumun nailiyyətindən böyük qürur və şərəf duyuram. Biz onun qrossmeyster olmasını istəyirik ”.

Qeyd edək ki, FİDE reytinqini əldə etmək üçün oyunçu ən azı bir digər reytinqli oyunçunu məğlub etməlidir. Reytinq şahmatçının performansına əsaslanan xaldır, Dünyanın bir nömrəsi Maqnus Karlsen FİDE sürətli şahmat üzrə dünya reytinqində 2824 xalla birincidir.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Dekabr 2025