“İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi rüşvət mənbəyidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
Məcəllənin 326-cı maddəsi avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsilə bağlıdır. Maddədə qeyd edilir ki, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Yəni qanunun tələbilə sərnişindaşıma ilə məşğul olan şirkət tibb müəssəsilə müqavilə bağlayıb, ödəniş etməlidir. Hər gün reysdən keçmək tələbi rüşvət mənbəyidir. Bu tələb bir aylıq və ya üç aylıq olmalıdır”.
Ramid İbrahimov


jpg-1687592423.jpg)








jpg-1690182609.webp)




