• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əmək müqavilələrinin sayı 1 milyon 765 minə çatıb

CƏMİYYƏT

24 Iyul 2023 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Əmək müqavilələrinin sayı 1 milyon 765 minə çatıb

Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata  görə, bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.


Əmək müqavilələrinin sayı 1 milyon 765 minə çatıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR