• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağdam-Xankəndi yolu açılır: Hədəfdə ermənilərin qorxduğu ssenarini icra etməkdir 

CƏMİYYƏT

23 Avqust 2023 | 10:32

Ağdam-Xankəndi yolu açılır: Hədəfdə ermənilərin qorxduğu ssenarini icra etməkdir

Ermənistan mediasının yaydığı ermənilər Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verib. Məlumata görə, Qarabağ ermənilərinin nümayəndələri dünənki toplantıda Ağdamdan keçən humanitar dəhlizin açılmasına razı olublar.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki,  Azərbaycan öz məqsədinə çatdı və növbəti hədəfi Qarabağdakı qanunsuz erməni silahlılarıdır.

“Azərbaycan Laçın yolunda gediş-gəlişi məhdudlaşdırmışdı və erməni tərəfinə Ağdam-Xankəndi yolundan istifadə etməyə təklif etmişdi. Onlar buna razı olmurdular. Hərbi yolla Laçın yoluna müdaxilə edə bilməzdilər. Ona görə də Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək Laçın yolu ilə bağlı məsələ qaldırdı. Təhlükəsizlik Şurasının iclasında da Ağdam-Xankəndi yolundan istifadə edilməsi təklif edildi. Ermənilər beynəlxalq təşkilatın qərarın icra edirlər”, -deyə Z.Əlizadə bildirib.

Qeyd edək ki, rəsmi Bakının hədəfində Ağdam-Xankəndi yolundan sonra Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olsn qanunsuz silahlıların ərazidən çıxarılmasıdır: “Azərbaycan qəti şəkildə bildirib ki, qanunsuz silahlıları ərazini tərk etməsə, könüllü şəkildə tərksilah olmasa, biz onları məhv edəcəyik. Odur ki, seperatçılar seçim qarşısındadır. Seçim erməni tərəfindədir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026