Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi “1003 Cağrı mərkəzi”nin proqram təminatının dayanıqlığının təmin edilməsi, müştəri məmuniyyətinin ölçülməsi, təkminləşdirilməsi, əlavə modulların yaradılması və 1 illik texniki xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “AGILE SOLUTIONS” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 37 min 170 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “AGILE SOLUTIONS” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan öncə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tenderlərinin qalibi olub.
Dövlət müəssisəsi sözügedən şirkətlə 28.03.2022-ci ildə "1003 Çağrı mərkəzi"nin proqram təminatının dayanıqlığının təmin edilməsi, müştəri məmnuniyyətinin ölçülməsi, təkminləşdirilməsi, əlavə modulların yaradılması və 1 illik texniki xidmətlərinin satın alınmasına görə, 34 min 810 manat dəyərində, 03.12.2021-ci ildə AQTA və tabeli qurumların istifadəsində olan “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki dəstək xidmətinin satın alınmasına görə, 37 min 996 manat dəyərində müqavilə imzalanıb.
İbRa
















