• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət Komitəsi yarım milyonluq sifariş verdi

CƏMİYYƏT

24 Iyul 2023 | 11:18

Dövlət Komitəsi yarım milyonluq sifariş verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Göygöl, Salyan, Oğuz, Goranboy, Samux və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Simmetriya” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 616 min 526 manat dəyərində müqavilə imzalanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti 11.05.2023-cü il tarixində Bakı şəhəri və Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri ilə bağlı tenderin nəticəsini açıqlamışdı.

Tenderin qalibi elan edilən “M.Nazimoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti 454 min 185 manat dəyərində müqavilə imzalanıb.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026