• Bakı 15° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

58 aptekdə monitorinq aparılıb

CƏMİYYƏT

02 May 2025 | 12:22

58 aptekdə monitorinq aparılıb

Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb. 

Qeyd olunub ki, AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Onlardan 56-sı planlı, biri plandankənar və digəri isə yoxlamadan kənar olub.

Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.


SON XƏBƏRLƏR

02 May 2025