• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

80 il beynində iynə gəzdirdi...

DÜNYA

05 Oktyabr 2023 | 11:39

80 il beynində iynə gəzdirdi...

Rusiyanın şərqində yaşlı qadın bütün ömrünü beynində 3 sm uzunluğunda iynə ilə keçirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, həkimlər tomoqrafiya aparandan sonra məlum olub.

Məlumata görə, həkimlər 80 yaşlı qadının valideynlərinin uğursuz abort cəhdi səbəbindən bu vəziyyətə düşdüyünü düşünürlər.

Vəziyyətin pisləşəcəyindən qorxduqları üçün iynəni çıxarmamağa qərar verilib.

Rusiyanın Saxalin vilayətinin yerli səhiyyə idarəsindən bildirilib ki, aclıq illərində belə hallar az olmyıb: “Valideynləri, yəqin ki, İkinci Dünya müharibəsi zamanı uşağı abort etdirmək qərarına gəliblər. O, doğulduğu gündən 3 sm uzunluğunda iynə ilə yaşayır”.

Yerli səhiyyə departamenti xəstənin heç vaxt zədə səbəbindən baş ağrısından şikayət etmədiyini və heç bir təhlükənin olmadığını bildirib: "İynə onun sol parietal hissəsinin içərisinə girib, lakin nəzərdə tutulan effekti verməyib. Beləliklə, xəstə sağ qalıb".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026