Pakistanın mərkəzində hərbi hava qüvvələrinə məxsus bazaya altı yaraqlı tərəfindən hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib.
Məlumata görə, hücum nəticəsində üç təyyarə və bir tankerə ziyan dəyib.
Hərbçilər 3 yaraqlını məhv ediblər, qalan hücumçular mühasirəyə alınıblar. Hazırda ərazinin təmizlənməsi üzrə əməliyyat aparılır.
















