• Bakı 13° C

    1.45 m/s

82 yaşlı qadın yanğında öldü

HADİSƏ

28 May 2022 | 09:00

82 yaşlı qadın yanğında öldü

Oğuzda yanğın hadisəsi baş verib. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında, rayonun Şirvanlı kəndində qeydə alınıb. 

Yaşayış evlərindən birinin yanması nəticəsində orada yaşayan 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızı yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026