• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi - YENİLƏNİB

HADİSƏ

26 Iyun 2022 | 20:22

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi - YENİLƏNİB

Baş Prokurorluq AXCP fəalı Çapay Sadıqlının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda deyilir:

"İyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

*** 17:33

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlıya dəryazla vuraraq xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.


SON XƏBƏRLƏR