Bakıda Fətəli Xan Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində qəza olub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Verilən məlumata görə, yol nəqliyyat hadisəsi baş verdiyindən həmin istiqamətdə sıxlıq müşahidə olunur.
















