• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zığ şosesində ağır yol qəzası: Ölən və xəsarət alanlar var -YENİLƏNİB

HADİSƏ

24 Avqust 2022 | 15:03 | Müəllif: Qalib İbrahimoğlu

Zığ şosesində ağır yol qəzası: Ölən və xəsarət alanlar var -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Zığ şosesində olan yol qəzası barədə məlumat yayıb.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

***

12:41

Zığ şosesində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər mərkəzinə doğru hərəkətdə olan “BMW- X5” və “Hyundai Getz” markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində ağır xəsarət alanlar var. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə FHN-nin xilasetmə qrupu cəlb edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də qəza barədə məlumat yayıb. NİİM-dən bildirilib ki, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb olunub. Bu barədə Bakıvaxtı.az-a bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, ilkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlara təcili tibbi yardım göstərilib, yolda hərəkət bərpa olunub.

Hazırda ərazi aidiyyatı üzrə araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026