• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azərbaycanda taksi sürücüsü xanım sərnişini ÖLÜMLƏ HƏDƏLƏDİ: "Başını kəsərəm" (VİDEO) - YENİLƏNİB

HADİSƏ

22 Sentyabr 2022 | 21:30

Azərbaycanda taksi sürücüsü xanım sərnişini ÖLÜMLƏ HƏDƏLƏDİ: Başını kəsərəm (VİDEO) - YENİLƏNİB

"Uber Azərbaycan" taksi sürücüsünün sərnişini ölümlə hədələməsi barədə deyilənlərə münasibət bildirib.

Şirkətdən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən xəbərdardırlar, məsələ araşdırılır.

"Sürücünün davranışınıtamamilə yolverilməz hesab edirik. Həmin sürücü artıq sifarişlərdən kənarlaşdırılıb", - deyə "Uber Azərbaycan"ın PR Departamentinin məlumatında qeyd olunur.

***

15:50

Bakıda "Uber" taksi xidmətindən istifadə edən sərnişin sürücü tərəfindən ölümlə hədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sərnişin Ayşən Qurbanova "Instagram"da paylaşım edib.

A.Qurbanova bildirib ki, bu yaxınlarda "Uber" tasi xidmətindən istifadə edib: "Arxa oturacaqda makiyaj etdim üçün sürücü mənə hədə-qorxu gəldi. "Sən kişi xeylağının yanında makiyaj edə  bilmərsən, tərbiyəsiz" deyib daha sonra məni ölümlə hədələdi: "Səni burda maşından düşürüb, başını kəsərəm"".

Onun sözlərinə görə, baş verənlərlə bağlı "Uber" taksi şirkətinə şikayət edib. "Ancaq tutarlı bir cavab almadım".

A.Qurbanova bu taksi xidmətindən istifadə edənləri, xüsusən xanımları ehtiyatlı olmağa çağırıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

27 Mart 2024