• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən var

HADİSƏ

23 Sentyabr 2022 | 10:36 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən var

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodda fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxiləyə baxmayaraq, gənc Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026