Göygöldə bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz borusunu düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. /APA
















