Bakıda məişət tullantıları yanıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
14:09
Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və texnikası cəlb olunub.


















