• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Mənzildə meyidi aşkarlanan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

HADİSƏ

21 Dekabr 2022 | 11:01 | Müəllif: Qalib İbrahimoğlu

Mənzildə meyidi aşkarlanan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

Göygöl rayonunda mənzildə meyiti tapılan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Rövşən Nəsibov adlanan məhəlləsində qeydə alınıb.

Belə ki, orada yerləşən mənzillərin birində aşkarlanan meyitin 1996-cı il təvəllüdlü T.Orucova aid olduğu məlum olub.

Onun dəm qazından boğularaq öldüyü bildirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. /Report

 

10:30

Göygöl şəhərində mənzildə meyit aşkarlanıb.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir.

Bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Göygöl şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026