• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

SOCAR prezidenti: "Əsas məsələ dəyişən şəraitə uyğunlaşmaqdır"

İQTİSADİYYAT

17 Sentyabr 2026 | 11:34 | Müəllif: Gülşən Şərif

SOCAR prezidenti: "Əsas məsələ dəyişən şəraitə uyğunlaşmaqdır"

"Əsas məsələ dəyişən şəraitə uyğunlaşmaq bacarığıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində keçirilən panel müzakirəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, gələcəkdə avtomatlaşdırma, robototexnika və süni intellektin inkişafı fonunda insanların dəyişən şəraitə uyğunlaşmaq bacarığı xüsusi əhəmiyyət daşıyacaq.

“İndi biz avtomatlaşdırma, süni intellekt və yeni texnologiyalarla işləməyi öyrənsək, gələcəkdə belə bir vəziyyət yaransa, süni intellekt, robototexnika və avtomatlaşdırma olmadan öz işimizi necə görə biləcəyik? Bu o deməkdir ki, ənənəvi bacarıqlar hələ də aktualdır. Çünki gələcəkdə nələrin baş verəcəyini bilmirik”, – deyə R.Nəcəf bildirib.

SOCAR prezidenti vurğulayıb ki, insanların müxtəlif vəziyyətlərə uyğunlaşmaq, düşüncə tərzini və yanaşmasını dəyişmək bacarığı olmalıdır.

Onun sözlərinə görə, peşə təhsilində süni intellekt və robototexnikadan istifadə kimi yeni bacarıqlarla yanaşı, ənənəvi bacarıqlar da qorunmalıdır.

R.Nəcəf əlavə edib ki, peşə sahiblərinin öz bilik və bacarıqlarını başqalarına öyrədə bilməsi də vacibdir.

O, “Baku ID 2026”nın keçirildiyi məkanın innovativ ideyaların formalaşdığı, insanların mövcud düşüncə çərçivələrindən kənara çıxaraq yeni ideyalar irəli sürdüyü bir məkana çevrilməsinə ümid etdiyini bildirib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026