• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Avtobus piyadanı vuraraq ÖLDÜRDÜ

HADİSƏ

21 Noyabr 2022 | 19:00 | Müəllif: Subhan Mahmudov

Avtobus piyadanı vuraraq ÖLDÜRDÜ

Novxanı-Binəqədi şosesində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin çıxışında qeydə alınıb.
Orta yaşlı kişi piyada yolun əks tərəfinə keçmək istəyərkən onu “İkarus” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ölən şəxsin şəxsiyyətini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026