• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Abşeronda AMANSIZ QƏTLİN TƏFƏRRÜATI: kişi hamilə arvadını...- VİDEO

HADİSƏ

23 Oktyabr 2022 | 09:41 | Müəllif: Subhan Mahmudov

Abşeronda AMANSIZ QƏTLİN TƏFƏRRÜATI: kişi hamilə arvadını...- VİDEO

Abşeron rayonu ərazisində hamilə qadın öldürülüb. Hüquq mühafizə orqanları tərəfindən məsələyə dərhal reaksiya verilib. Qətli törətməkdə şübhəli bilinən qadının əri saxlanıb.

Rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla hadisəni zərərçəkmişin əri, 28 yaşlı  Vüqar Nəmətovun törətdiyi məlum olub. 

Prokurorluğun məlumatında o da qeyd edilib ki, kişi hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək onu öldürüb. 

İddia olunur ki, o, qızını döyən ərini aralamaq üçün ortaya girib. Hadisə də bundan sonra baş verib.

Faktla bağlı cinayət işi başlanıb. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ətraflı Xəzər TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR