• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakı-Quba yolunda mikroavtobus aşdı - Ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

22 Sentyabr 2022 | 20:19

Bakı-Quba yolunda mikroavtobus aşdı - Ölən və yaralananlar var - YENİLƏNİB

Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki,qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.

İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərilir.

***19:45

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir”.

 

***19:38

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.(oxu.az)


SON XƏBƏRLƏR

26 Aprel 2024