• Bakı 12° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda evə BASQIN EDİLDİ

HADİSƏ

22 Oktyabr 2022 | 11:54 | Müəllif: Subhan Mahmudov

Bakıda evə BASQIN EDİLDİ

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub. 

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR