• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Goranboyda kişi həmkəndlisini güllələdi

HADİSƏ

22 Oktyabr 2022 | 11:26 | Müəllif: Subhan Mahmudov

Goranboyda kişi həmkəndlisini güllələdi

Oktyabrın 22-i saat 02 radələrində Goranboy rayonu, Xanqərvənd kənd sakini 1997-ci il təvəllüdlü Arzu Əliyevə odlu silahdan açılan atəşlə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az  xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026