Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Kərimov Şahid Səxavət oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.





jpg-1671514049.webp)



jpg-1671453139.webp)





