Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.
K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.
Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.
Allah rəhmət eləsin!


jpg-1671453139.jpg)







jpg-1674028982.webp)






