• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar - VİDEO

HADİSƏ

18 Yanvar 2023 | 12:01

Yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar - VİDEO

Paytaxtın Sabunçu rayonunda yük avtomobillərinin akkumlyatorlarını oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub.

Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar - VİDEOYük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026