• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Siyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDU

HADİSƏ

17 Fevral 2023 | 11:31

Siyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDU

Siyəzəndə baş verən ağır yol qəzası nəticəsində yaralanan 2 nəfər Bakıdakı xəstəxanalardan birinə köçürülüb. 

Bakıvaxtı.az xəbər verir ki, İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxtdakı xəstəxanalardan birinə göndəriliblər.

Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

11:02

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və "Opel Astra" markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib. /Report

 

10:51

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci ildə anadan olmuş Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu ildə anadan olmuş İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vuqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. 

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  /Report

 

09:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09:26

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.

"Mersedes Vito" markalı avtomobillə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Siyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDUSiyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDUSiyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDUSiyəzəndə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 7 yaralı - Ölən və xəsarət alanların kimliyi MƏLUM OLDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026