• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Velosiped sürən kişi və qızını avtomobil vurdu: Ölən var

HADİSƏ

18 Mart 2023 | 17:02

Velosiped sürən kişi və qızını avtomobil vurdu: Ölən var

Bakıda avtomobil velosipedlə toqquşub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Bəhlulzadə küçəsində qeydə alınıb. 

45 yaşlı Rauf Süleyman oğlu Zeynalov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qarşısına çıxan velosipedçi 51 yaşlı Sabirabad rayon sakini Süliddin Lətif oğlu Əliyevi vurub. 

Hadisə nəticəsində Süliddin Əliyev həyatını itirib. Velosipedin arxa oturacağında əyləşən, Süliddin Əliyevin qızı, 12 yaşlı Zeynəb Əliyeva açıq kəllə-beyin travması, beyin əsasının sınığı, daxili qanaxma və qabırğanın çoxsayılı sınığı diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.  /Lent.az


SON XƏBƏRLƏR

26 Aprel 2024