q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Yevlaxda güllələnmə...  - TƏFƏRRÜAT -YENİLƏNİB

HADİSƏ

17 Fevral 2023 | 10:13

Yevlaxda güllələnmə...  - TƏFƏRRÜAT -YENİLƏNİB

Yevlaxda 2003-cü il təvəllüdlü Başxanım İlqar qızı Salmanovanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 16-da axşam saat 22 radələrində Yevlax şəhərində, fərdi yaşayış evlərinin birində baş verib.

20 yaşlı qadın başına tüfəngdən açılan atəş nəticəsində öldürülüb.

Qonşularının sözlərinə görə, qadın əvvəllər ailəli olub, sonra boşanıb.

Qətlin qısqanclıq zəminində B.Salmanovanın qardaşı tərəfindən törədildiyi ehtimal olunur/report.az.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

16 fevral, saat 22:58

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcəkdir.


SON XƏBƏRLƏR

13 May 2026