• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mazan Əzimov saxlanıldı - FOTO

HADİSƏ

17 Fevral 2023 | 10:22

Mazan Əzimov saxlanıldı - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Mazan Əzimov saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, M.Əzimov vətəndaşlara qarşı dələduzluq etməklə ümumilikdə 16000 (on altı min) manat civarında pulu ələ keçirib.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Mazan Əzimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidməti zəng mərkəzinə, həmçinin Siyəzən RPŞ-yə müraciət etmələri xahiş olunur.


Mazan Əzimov saxlanıldı - FOTOMazan Əzimov saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026