• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bank hesablarından oğurluq  edənlər saxlanıldı

HADİSƏ

17 Fevral 2023 | 11:48

Bank hesablarından oğurluq edənlər saxlanıldı

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026