• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İş adamı öz adını verdiyi şadlıq evində öldü

HADİSƏ

18 Yanvar 2023 | 14:42

İş adamı öz adını verdiyi şadlıq evində öldü

Göygöldə sahibkarın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, mərhum Münasib Məmmədovun yaxınları apa-ya bildiriblər ki, o, pilləkəndən yıxılmayıb. M.Məmmədovun restoranın həyətində gəzərkən qəflətən halı pisləşib. Yıxılan M.Məmmədov orada keçinib.

Yaxınları mərhumun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

***

12:42

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo


İş adamı öz adını verdiyi şadlıq evində öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026