• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Füzulidə iki avtomobil toqquşdu: Ölən var 

HADİSƏ

23 Sentyabr 2022 | 09:21 | Müəllif: Qalib İbrahimoğlu

Füzulidə iki avtomobil toqquşdu: Ölən var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobillə toqquşub.

Zərbənin nəticəsində "Daewoo" aşıb. Minik avtomobilin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026