• Bakı 30° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Azərbaycanda DƏHŞƏT: Maşın kanala aşdı, bir ailə... - FOTOLAR

HADİSƏ

26 Iyun 2022 | 16:35

Azərbaycanda DƏHŞƏT: Maşın kanala aşdı, bir ailə... - FOTOLAR

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü, Kürdəmir rayonunun Atakişili kənd sakini, 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri - 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR

08 Iyul 2025