• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Goranboyda yabanı halda bitən çətənə kolları yandırıldı

HADİSƏ

26 Iyun 2022 | 10:08

Goranboyda yabanı halda bitən çətənə kolları yandırıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 1613 kiloqram olan, 3585 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Goranboyda yabanı halda bitən çətənə kolları yandırıldıGoranboyda yabanı halda bitən çətənə kolları yandırıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026