• Bakı 23° C

    5.38 m/s

Vətən müharibəsi iştirakçısı itkin düşdü

HADİSƏ

25 Iyul 2022 | 17:08

Vətən müharibəsi iştirakçısı itkin düşdü

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşadığı və orada itkin düşdüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".

Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026