Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Belə ki, "Xəzər Azamand" markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub. G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
















