• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bakı Hava Limanında BƏDBƏXT HADİSƏ - ÖLƏN VAR + YENİLƏNİB

HADİSƏ

22 Sentyabr 2022 | 16:38

Bakı Hava Limanında BƏDBƏXT HADİSƏ - ÖLƏN VAR + YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.


Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.
 

16:08

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən APA-ya bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Əraziyə tibbi briqada cəlb olunub. Ətraflı məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

28 Mart 2024