Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Səməd Vurğun küçəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Ağayev Yusif Heydər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.(report)
















