• Bakı 23° C

    2.67 m/s

Heyvanın döyülməsi ilə bağlı 2 nəfər saxlanılıb - YENİLƏNİB

HADİSƏ

25 Iyul 2022 | 16:27

Heyvanın döyülməsi ilə bağlı 2 nəfər saxlanılıb - YENİLƏNİB

Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

DİN rəsmisi qeyd edib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

*** 16:02

Sosial şəbəkədə heyvana işgəncə verilməsi ilə bağlı daha bir videogörüntü yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə bir nəfərin heyvanı döyərək bu hərəkəti videoya çəkdiyi yer alıb.

Daxili İşlər Nazirliyi sosial şəbəkədə yayılan bu videogörüntüyə münasibət bildirib. Nazirliyin açıqladığı məlumatda qeyd edilib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanın nəticəsindən asılı olmayaraq əmələ hüquqi qiymət veriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026