• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

9 ay ərzində neçə cinayət hadisəsi olub?

CƏMİYYƏT

01 Dekabr 2022 | 11:40

9 ay ərzində neçə cinayət hadisəsi olub?

Bu ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az  xəbər verir ki, bunu "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb: "2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib, bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib, 3 kişi, 1 nəfər qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
 


SON XƏBƏRLƏR