• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İlin son günü bəzi yerlərdə şaxta olacaq

CƏMİYYƏT

31 Dekabr 2022 | 08:44 | Müəllif: Qalib İbrahimoğlu

İlin son günü bəzi yerlərdə şaxta olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026