• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Həmyerlimizə Almaniyada yüksək vəzifə verildi

CƏMİYYƏT

31 Dekabr 2022 | 10:08

Həmyerlimizə Almaniyada yüksək vəzifə verildi

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yüksək vəzifəyə təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, sabahdan (2023-cü ilin yanvar ayının 1-dən) fəaliyyətinə Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru olaraq davam edəcək.

“Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəri (Chefarzt) oldum. Bu bir tarixdir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla o bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya Almaniyada mənə həvalə olunub” - Nuran Abdullayev əlavə edib.

Qeyd edək ki, N.Abdullayev bu təyinata qədər Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026