• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Vasifin bədənindən 6 qəlpə çıxarılıb

CƏMİYYƏT

30 Yanvar 2023 | 09:45

Vasifin bədənindən 6 qəlpə çıxarılıb

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.

Bakıvaxtı.az xəbər verir ki, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb. Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.

Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib. /Qafqazinfo
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026