• Bakı 22° C

    5.26 m/s

Ölkədə ağır cinayətlərin sayı azalır - Baş prokuror

CƏMİYYƏT

01 Mart 2023 | 00:17 | Müəllif: Subhan Mahmudov

Ölkədə ağır cinayətlərin sayı azalır - Baş prokuror

2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, cinayətkarlığın açılması faizi isə kifayət qədər yüksəkdir. Burada xüsusən prokurorluq, daxili işlər və ümumiyyətlə hüquq-mühafizə orqanlarının birgə fəaliyyətini qeyd etmək istərdim.

Bakıvaxtı.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə xüsusilə ağır və ağır cinayətlərin sayında azalma tendensiyası müşahidə edilir:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində artım müşahidə edilib. Burada ilk növbədə bizim hüquq-mühafizə orqanlarının, xüsusilə Daxili İşlər Nazirliyinin fəaliyyətini vurğulayardım. Onların proaktiv fəaliyyəti nəticəsində, yəni cinayət faktlarının daha səmərəli aşkarı, təqsirli şəxslərin ifşası və məsuliyyətə cəlb edilməsi istiqamətində müsbət fəaliyyətlərini qeyd etmək istəyirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026