Müxtəlif ölkələrdən olan insanlar yeni ildən gözləntilərini maraqlı formada ifadə edirlər. Yeni ili qarşılamaq üçün qeyd etmələr hər mədəniyyətə görə dəyişir.
Bakıvaxtı.az müxtəlif ölkələrin yeni il adətlərini təqdim edir.
“Köhnə ilin şər ruhlarını qovmaq üçün” evlərin qarşısında kəndir asılan Yaponiyada yeni ilin ilk saniyələri qəhqəhə atılaraq qarşılanır.
Çində evlər "keçən ilin pis ruh və uğursuzluğunu qovmaq üçün" təmizlənir. Bundan əlavə, uşaqlara qırmızı zərflərdə pul paylanır ki, “bəxt gətirsin”.
İsveçrəlilər yeni ili yaxşı ruhları təmsil etdiyinə inandıqları kostyumlar geyinərək qarşılayırlar.
Niderlandda "keçən ilin pis ruhlarını qovmaq və yeni ilə dinc, xoşbəxt bir şəkildə daxil olmaq üçün" yolka küçədə yandırılır.
Çilidə gecə yarısı bir qaşıq mərci yeyənlərin yeni ildə məhsuldar bir iş həyatı yaşayacağına inanılır.
Cənubi Afrikada isə “uğur gətirmək üçün” köhnə ev əşyaları pəncərədən atılır və yeni ilə yeni əşyalarla girilir.
Belarusda subay qızların qarşısına qarğıdalı və xoruz qoyulur. Hesab olunur ki, kim xoruzdan əvvəl qarğıdalı yeyirsə, digərlərindən əvvəl evlənəcək.
İspaniyada saat 00.00-da 12 üzüm udulur və Yeni il üçün arzu edilir.
Danimarkada köhnə boşqabları qapının ağzında sındıraraq uğursuzluqdan uzaqlaşmaq üçün arzular edilir.
Rumıniyada ayı dərisi geyinmiş insanlar küçələrdə gəzir və rəqs edirlər. Bunun pis ruhları uzaqlaşdırdığına inanılır.
Aytac Aslan









jpg-1675056085.webp)






