• Bakı 14° C

    2.52 m/s

Abdullahian səfirliyimizə hücumdan DANIŞDI

DÜNYA

14 Avqust 2023 | 18:25 | Müəllif: Subhan Mahmudov

Abdullahian səfirliyimizə hücumdan DANIŞDI

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum şəxsi qısas zəminində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian avqustun 14-də jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan prezidenti ilə görüşdə də bildirdim ki, bizim də müxtəlif ölkələrdə diplomatlarımız vəzifələrini icra edərkən şəhid olublar. Bugünkü dünyada bu çox da qəribə mövzu olmadığı üçün səfirliyi bağlamağa ehtiyac yoxdur" ,- Abdullahian qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026