ABŞ-da inflyasiya avqust ayında enerjinin də qatqısı ilə gözləntilərin üstündə olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, baza inflyasiyasında da son 6 ayda ilk artım olub. Belə ki, Birləşmiş Ştatlarda istehlak qiymətləri avqust ayında əvvəlki ilə müqayisədə 3,7% artıb. Aylıq bazada inflyasiya 0,6% ilə gözləntilərə uyğun olub.
Əsas göstəricilərdə aylıq artım məhdud olsa da, gözləntiləri üstələyib. Ötən ay ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3% artıb.
Ərzaq və enerji istisna olmaqla, istehlak qiymətləri avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% artıb. İyulda illik baza inflyasiyası yüzdə 4,7 olaraq qeyd edilib.
Ay Tac















